Sumqayıtda bəzək üçün qurulmuş konstruksiya təmir edilir. Bu barədə 19 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Sözügedən konstruksiya Azərbaycan prospektində, İcra Hakimiyyətinin binasının önündə yerləşir. O, bir neçə il öncə qoyulub və artıq baxımsız vəziyyətdə idi.
Hazırda işçilər onun üzərinə yeni boya vurur, işıqlandırma sistemini isə yenidən qururlar. Əraziyə, həmçinin texnika da cəlb olunub.