Sumqayıtda bəzək üçün qurulan divar baxımsız haldadır. Bu barədə 23 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Həmin divar Sülh küçəsi boyu yolun kənarında yerləşir. Fotomateriallarda göründüyü kimi, tikilidə artıq çatlar yaranıb, üzərində olan bəzəklərin isə bir hissəsi dağılaraq yerə tökülüb. İlk baxışda divarın hər an aşa biləcəyi təəssüratı yaranır.
Şəhərimizə gözəllik qatan bu konstruksiyalara kimin və nə məqsədlə xəsarət yetirdiyi məlum deyil.