Sumqayıtda piyadaları avtomobil vurub. Sumqayıt24 bu haqda 16 avqust tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə Zülfü Hacıyev küçəsində baş verib. Sumqayıt sakini, 25 yaşlı Nihat Əfəndi idarə etdiyi "Chevrolet" markalı maşınla piyadalar: 32 yaşlı Günay Mirzəliyeva, 11 yaşlı Ayan Mirzəliyeva və 9 yaşlı Solmaz Mirzəliyevanı vurub.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.