Daha bir qrup müharibə veteranı məşğulluq proqramlarına cəlb olunub. Bu haqda 30 sentyabr tarixində Sumqayıt24 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.
Layihə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir. Cari ilin 1 sentyabr tarixinə Sumqayıt və Bakı şəhərlərindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19,6 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub.
Onlardan 10,1 min şəxs üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılıb.