Sumqayıt şəhərinin müxtəlif məhəllə və mikrorayonlarında təmir işləri aparılır. Bu haqda 23 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Təmir-bərpa işləri MKTİB-nin Abadlaşdırma Təmir-Tikinti İdarəsi tərəfindən icra olunur. Hazırda şəhərin 14-cü məhəllə, ev 6/19, 4/ 21, 12/21, 7a/3, 2/29, 4/27, eləcə də 10-cu mkr, ev 50, 48 və 1-ci mkr, ev 2/23 ünvanlarda yerləşən binaların girişləri təmir olunur.
Qeyd edək ki, işlər mərhələli şəkildə davam edəcək.