Sumqayıt KOB İnkişaf Mərkəzində görüş təşkil olunub. Bu barədə 24 avqust tarixində Sumqayıt24 xəbər verir.
“Biznesdə maya dəyəri” mövzusunda olan təlimdə 5 sahibkar iştirak edib. Mərkəzin eksperti tərəfindən kompleks maya dəyəri, maya qiyməti və məhsul xərclərinin hesablanma üsulları haqda məlumat verilib. Bundan əlavə fondların amortizasiyasını, xidmətlərin realizasiyasını və faktiki maya dəyərinin hesablanma yolları sahibkarların diqqətinə çatdırılıb.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.