Sumqayıtın ən böyük meydanında işıqlandırma ilə bağlı problem hələ də gündəmdədir. Sumqayıt24-ə bu barədə izləyicilər məlumat verib.
“Kimyaçı” Mədəniyyət Sarayının önündəki meydan və park axşamlar zülmət qaranlığa qərq olur. Sakinlərin sevimli istirahət guşəsində kifayət qədər işıq dirəyi var, lakin onlar bilinməyən səbəblərdən qoşulmur.
Şəhər əhalisi illərdir sürən məsələnin tezliklə çözülməsini arzu edir. [modula id="20548"]