Bu gün Sumqayıt şəhər 8 nömrəli orta məktəbdə baş verən partlayışdan 24 il ötür. Bu haqda 19 may tarixində Sumqayıt24 adıçəkilən məktəbə istinadən xəbər verir.
Bədbəxt hadisə 1999-cu ilin 19 mayında saat 09:30 radələrində baş verib. Məktəbin 11b sinfində ibtidai hərbi təlim dərsi zamanı ehtiyatsızlıq üzündən RQD-55 əl qumbarasının partlaması nəticəsində 17 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 6 nəfər, o cümlədən 5 nəfər şagird və müəllim Vilyam Məmmədov həlak olublar.
Təhsil müəssisəsinin kollektivi faciə nəticəsində həlak olanların ruhunu bir dəqiqəlik sükutla yad edib.