Sumqayıtda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir. Bu barədə 8 avqust tarixində Tibb Mərkəzinə istinadən xəbər veririk.
Xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor öncədən müayinə olunur. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Mərkəzi Qan Bankının Sumqayıt bölməsində keçirilən qanvermə aksiyası saat 18:00-dək davam edəcək.
Ünvan: M. Hüseynzadə prospekti, Təcili Tibbi Yardım Xəstəxanası, 1-ci korpus, 1-ci mərtəbə.
Əlaqə nömrələri: (018) 655 67 60; (070) 726 45 49.