Bu gün Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun doğum günüdür.
Firudin Əlməmməd oğlu Məhərrəmov 1959-cu il mayın 10-da Lerik rayonunda anadan olub. O, teatr rejissorluğu üzrə təhsilini Xalq artisti Mehdi Məmmədovdan, daha sonra görkəmli rejissor Azərpaşa Nemətovdan alıb. Sumqayıt teatrı ilə bərabər, Akademik Dram Teatrında, Lənkəran Dövlət Dram Teatrında, Mingəçevirdə və digər kollektivlərdə tamaşalar hazırlayıb. Eyni zamanda Nyu-Yorkda Azərbaycan teatrı yaradanlardan biridir.
F.Məhərrəmov 2005-ci ildə Respublikanın Əməkdar artisti, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Rejissor 8 dəfə Prezident mükafatçısı olub.