Sumqayıt təhsil müəssisəsinin məzunları qəbul imtahanında rekord nəticələrə nail olublar. Bu barədə 9 sentyabr tarixində Azərbaycan Universitetlərinə istinadən xəbər veririk.
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunları cari ilin qəbulunda fantastik nəticələr əldə ediblər:
Həmçinin blok imtahanlarında 3 nəfər məzun maksimal 400 bal toplayıb.
Eləcə də şagirdlərdən 5 nəfər qızıl, 4 nəfər gümüş nişan alıb, 22 nəfər fərqlənmə attestatına layiq görülüb.
Daha qürurverici hal isə 61 məzunun hamısının həm xarici ölkələrin, həm də ölkənin ən reytinqli ali məktəblərinə qəbul olmasıdır.