top
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
24 fevral 2026, 19:20
- +

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ

Martın 9-da keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Sumqayit24.az xəbər verir ki, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilər.

Məlum olduğu kimi, həmin tarixdə Sumqayıtda da (I hissə) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. 

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://e-gov.az/az/services/read/2516/2 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından  yükləyə bilərlər.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeydlər:

-Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

-Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

-Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları  martın 9-da imtahan verəcəklər).

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Dünən, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Dünən, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Dünən, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Dünən, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Bütün xəbərlər
Dünən, 11:39

İham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bütün xəbərlər
Dünən, 10:42

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün xəbərlər
Dünən, 10:15

"Avtovağzal" metrosunda ödənişsiz giriş - SON VƏZİYYƏT

Bütün xəbərlər
Dünən, 09:51

DYP piyadalara müraciət etdi

Bütün xəbərlər
Dünən, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
22 sentyabr 2026, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
22 sentyabr 2026, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
22 sentyabr 2026, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
22 sentyabr 2026, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Oxşar xəbərlər