Vətən müharibəsində şəhid olan Tərlan Fətullayevin anadan olduğu gündür. O, 15 may 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
Tərlan müharibə zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda vuruşub. 2020-ci il oktyabrın 25-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhədətə ucalıb. O, Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidimiz “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.