Çerkassı küçəsində yolun bir hissəsi zəbt edilib. Sumqayıt24-ə bu haqda 17 may tarixində oxucular xəbər veriblər.
Avtomobil ehtiyatları satılan obyektin önünə bir neçə köhnə maşın yığılıb. Nəticədə yolun bir hissəsi zəbt olunub və buradan eyni anda iki avtomobil keçə bilmir.
Sürücülərin dediyinə görə, axşamlar ərazidə qəza riski yüksəlir.