Bakı-Sumqayıt yolunda sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
“Avtosfer”in məlumatına görə, hadisə yolun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yol kənarında heç bir xəbərdarlıq nişanı qoymadan qurumuş ağac kəsilib. Bu zaman ağac yolun hərəkət hissəsinə aşıb və avtomobilə təhlükə yaradıb. Sürücü son anda manevr edərək qəzadan xilas olub. Eyni zamanda, ağacın aşdığı ərazidə yol təsərrüfatı işçiləri də olub. Onlar ağac aşan ərazinin yaxınlığında hərəkət ediblər və təhlükə ilə üz-üzə qalıblar.
Qeyd edək ki, yol kənarında hər hansı iş görülən zaman mütləq şəkildə xəbərdaredici nişan qoyulmalı və lazım gələrsə, avtomobillər digər zolağa yönləndirilməlidir.