Bu gün Azərbaycanda yeni tədris ilinin başlanması ilə əlaqədar 15 sentyabr – Bilik Günü qeyd olunur.
Yeni dərs ilinin ilk günündə məktəb və universitetlərdə təhsil həyatı yenidən canlanır, sinif və auditoriyalar şagird və tələbələrin səsi ilə dolur. Xüsusilə birinci sinfə və universitetə ilk dəfə qədəm qoyanlar üçün bu gün yeni və həyəcanlı mərhələnin başlanğıcıdır.
2026–2027-ci tədris ili münasibətilə bütün şagird və tələbələrə uğurlar arzulayırıq!