Sumqayıtda piyada səkisində yaranan vəziyyət narahatlıq doğurur.
Bu barədə Sumqayit24.az-a 3-cü mikrorayon, Bakı küçəsinin sakinləri məlumat veriblər.
Vətəndaşların iddiasına görə, ərazidə fəaliyyət göstərən çayxanaya aid masa və stullar piyada səkisinin bir hissəsində yerləşdirilib. Bildirilib ki, bu vəziyyət piyadaların hərəkətinə maneə yaradır.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və mövcud problemin həll edilməsini tələb edirlər.