Sumqayıtda küçələrdən birində yolun vəziyyəti narahatlıq doğurur.
Bu barədə Sumqayit24.az-a yerli sakinlər məlumat veriblər.
Qeyd olunub ki, İnşaatçılar küçəsində yolun asfalt örtüyü dağılıb və ərazidə nahamar hissələr yaranıb.
Şikayətçilərin sözlərinə görə, yoldakı bu vəziyyət nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, ərazidə sıxlığın yaranmasına səbəb olur. Bundan əlavə, yolun bu vəziyyətinin maşınlara ziyan vurduğu da qeyd olunub.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin həll edilməsini istəyirlər.