Ceyranbatan qəsəbəsinin sakini kimyəvi məhluldan zəhərlənib.
Lent.az-ın məlumatına görə, 47 yaşlı Xəzər Nəsibov yaşadığı evdə kimyəvi məhluldan zəhərlənərək xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.