Sumqayıtda “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Sumqayıt24 bu haqda 5 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Tədbir FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən “H.Z.Tağıyev” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərlikdə təşkil olunub. Burada istirahət edən vətəndaşlara təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərərçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Sonda insanlara bukletlər, maarifləndirmə xarakterli müxtəlif təbliğat materialları paylanılıb.