Corat məscidinin imamı Hacı Sahib Məmmədov istefa verib. Bu haqda 10 may tarixində Sumqayıt24 Lent.az-a istinadən xəbər verir.
“Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislamın, Qazılar Şurasının çıxartdığı fətvaları kimsə pozursa, aydın məsələdir ki, o adam Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır. Bu zaman özü səhvini başa düşürsə, ola bilsin, istefa verir”. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl, həmçinin Xırdalan məscidinin imamı Azər Sani və İmişli məscidinin imamı Hacı Adıgözəl Bəşirli istefa veriblər.