Corat qəsəbəsinin sakinləri kommunal problemlərin əsirinə çevriliblər.
Sumqayit24.az-a müraciət edən vətəndaşlar su, qaz və işıq problemlərindən çətinlik çəkdiklərini bildiriblər. Onların sözlərinə görə, sudanneft qoxusu gəlirdi. Çoxsaylı şikayətlərdən sonra, nəhayət su xəttini yeniləyiblər. Lakin digər məsələlər hələ də həll olunmur.
“Özümüz Liman küçəsində yaşayasaq da, digər küçələrdə qalan tanışlarımız da eyni problemlərlə üzləşdiklərini deyirlər. Şikayət etmədiyimiz yer qalmayıb. Qışın bu soyuğunda qaz “kibritin ucu boyda” belə gəlmir.
Bəzən işıq saatlarla sönülü qalır. Evində xəstəsi, körpəsi olanlar var. Bundan əlavə kombi sistemi, soyuducu və s. texnikalar da işığın sönüb - yanmasından xarab ola, hətta partlaya bilər.
Qorxumuzdan kombini qoşmuruq. Bütün günü evdə dona - dona otururuq. Dərdimizi bilmirik kimə deyək…
Corat sakinləri olaraq ümüd edirik ki, lazımı qurumlar nəticə çıxarıb, tədbir görər”, - deyə vətəndaşlar deyiblər.