Coratda ictimai nəqliyyat problemi yaşanır. Sumqayıt24 bu haqda 8 dekabr tarixində xəbər verir.
Qəsəbədən 2, 4 və 12 nömrəli marşrut xətlərinin avtobusları keçir. Lakin sakinlər bildirirlər ki, onlardan heç biri axşam saat 20:00-dan sonra çalışmır. Dərsdən, işdən gələnlər yollarda qalırlar:
“Marşrutlar heç gündüz saatlarında normal qrafiklə işləmir, ən tez 40 dəqiqədən bir gəlir. Aidiyyəti orqanlardan məsələni araşdıraraq çözməsini xahiş edirik”.