top
Sumqayıtda baxılan cinayət işi: özünü peyğəmbər elan edib qətl törədənin şikayəti təmin olunmadı
Bu gün, 10:30
- ↺ +

Sumqayıtda baxılan cinayət işi: özünü "peyğəmbər" elan edib qətl törədənin şikayəti təmin olunmadı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qətl törətməkdə və meyiti yandırmaqda təqsirləndirilən Cahangir Ramazanovun Sumqayıt məhkəməsinin hökmündən şikayəti təmin edilməyib.

Məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, istintaqla 2021-ci il iyulun 9-da Emin Ramazanovun atası Cahangir Ramazanlı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində fərdi yaşayış evlərindən birində qisas məqsədilə Ülfət Höccətova bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsi, daha sonra sonuncunun meyitinin üzərinə, evin otağı və dəhlizinə dizel yanacağı töküb yandırmaqla zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurub əmlakı qəsdən məhv etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında 2022-ci il mayın 21-də Cahangir Ramazanlıya Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin cinayət işindən ayrıca icraata ayrılmış iş üzrə Emin Ramazanov Cinayət Məcəlləsinin 120.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 2025-ci il mayın 20-də axtarışda olan təqsirləndirilən şəxs Emin Ramazanov tutularaq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələrilə yekun ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Emin Ramazanov 19 il müddətinə azadlıqdan məhrum edilib. Ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 3 il hissəsini həbsxanada, 16 il hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Xatırladaq ki, polis əməkdaşları tərəfindən saxlanılan Emin Ramazanov daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü "peyğəmbər" elan edib, onkoloji xəstələri 3 saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. Emin Ramazanovun xüsusi libas geyinərək hansısa ritual həyata keçirməsi və həmin vaxt "müalicə etdiyi" qadının huşunu itirməsinə dair görüntülər də sosial şəbəkələrdə yayılıb.

Mənbə: Pravda.az

Son xəbərlər

İdman
Bu gün, 11:25

Sumqayıtda mühafizəçi qorumalı olduğu şirkəti yardı

Bütün xəbərlər
Bu gün, 10:51

Kirayə mənzil qaydaları dəyişdi: İmkanlar artacaq, yoxsa azalacaq?

İdman
Bu gün, 10:20

Rafael Ağayev qardaşları ilə uşaqlıq fotosunu paylaşdı

Bütün xəbərlər
Bu gün, 09:47

Sumqayıtda piyadaların hərəkətinə maneə yaradan problemlər

Bütün xəbərlər
Bu gün, 09:17

Bakı-Sumqayıt yolunda taksi qalmaqalı: qadın sərnişinin şikayəti nəticə verdi

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 26-cı günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ

Bütün xəbərlər
Dünən, 18:00

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Dünən, 17:20

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi - YENİ ŞƏRTLƏR

Bütün xəbərlər
Dünən, 16:54

Babək küçəsində iki maşın toqquşub

Bütün xəbərlər
Dünən, 16:40

"Gold Qayalı"nın əməkdaşları 105 min manatlıq siqaret oğurladılar

Bütün xəbərlər
Dünən, 16:06

İstilik mövsümü bu tarixdə başlayacaq

Bütün xəbərlər
Dünən, 15:30

Pis qoxu, həşəratlar, çirkab sulara qərq olmuş zirzəmi

Bütün xəbərlər
Dünən, 15:10

Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanıb

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - RƏSMİ

Bütün xəbərlər
Dünən, 14:30

16 yaşdan aşağı şəxslər müvafiq platformalarda "profil" aça bilməyəcəklər

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Dünən, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Dünən, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Dünən, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Dünən, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Dünən, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Oxşar xəbərlər