Sumqayıt şəhərində içməli suyun israf olunduğu bildirilir.
Bu barədə Sumqayit24.az-a şəhər sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə əsasən, Corat qəsəbəsində, Firidun bəy Köçərli küçəsi ilə Şaban Babaoğlu küçəsinin kəsişməsində içməli su borusunda nasazlıq yaranıb. Nəticədə içməli suyun günlərdir israf olunduğu və küçəyə axdığı bildirilib.
Sakinlər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və mövcud problemin aradan qaldırılmasını xahiş edirlər.