Sumqayıt şəhərində yerləşən evlərin birində daha bir oğurluq hadisəsi baş verib.
Bu barədə Sumqayit24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Katibi məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 38 yaşlı R. Heydərov, 25 yaşlı N. Əhmədzadə və 32 yaşlı Ə. Məhərrəmli saxlanılıb.
Saxlanılanlar evdən 5000 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Araşdırma aparılır.