Bu gün Sumqayıtda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək.
Sumqayit24.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, havanın temperaturu gecə 18-21°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.