Sumqayıtda qardaşın qardaşı avtomobillə vurduğu bildirilir.
Məlumata görə, hadisə 52-ci məhəllə ərazisində qeydə alınıb.
Belə ki, 34 yaşlı Rüstəm İsmayılzadənin idarə etdiyi "Lexus" markalı minik avtomobili ilə 36 yaşlı qardaşı Mustafa İsmayılzadəni vurduğu qeyd olunub.
Yaralı şəxs dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Şəmistan Fikrətli