Dövlət Məşğulluq Agentliyinin gənclərin peşə seçiminə və gələcək karyera planlarına dəstək məqsədilə təşkil etidyi "PeşəFest" bu il ilk olaraq Sumqayıtda keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, tədbir Kimyaçı Mədəniyyət Sarayının önündə 18 sentyabr saat 12:00-da başlayacaq.
Festivala qatılan gənclər müxtəlif stendlərdə peşələr haqqında məlumat əldə edə, master-klaslara qoşula, peşəkarlarla ünsiyyət qura və yeni bacarıqlarını sınaya biləcəklər.