"Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.
O qeyd edib ki, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir.
"Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər", - deyə Allahşükür Paşazadə bildirib.
Mənbə: Apa.аz