Dəmir yollarında turniketlərdən üztanıma ilə keçmək mümkün olacaq.
Sumqayit24.az xəbər verir ki, bundan sonra keçid üçün "My.gov.az" portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir. Hazırda turniketlərdən üztanıma sistemi vasitəsilə keçid üçün işlər görülür.
"Bu, pik saatlarında turniketlərdə sıxlığın yaranmasının qarşısını alacaq. Layihənin əvvəlcə pilot şəklində işə salınması planlaşdırılır", - Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.