Sumqayıtda avtomobil dayanacağında sürücülər qayda pozuntularına yol verirlər. Bu haqda 18 may tarixində Sumqayıt24 xəbər verir.
Söhbət Sumqayıt Dəmiryol Vağzalının önündəki dayanacaqdan gedir. Sürücülərin sözlərinə görə, onlar təhlükəsizlik adacığında, eləcə də avtobus dayanacağına yaxın ərazidə avtomobilləri park etdikləri zaman cərimə olunurlar.