"Gəmiqaya" restoranının yaxınlığında dənizdə batan gəncin tələbə olduğu məlum olub. Sumqayıt24 bu haqda bu gün 27 iyun tarixində xəbər verir.
Məlumata əsasən, 19 yaşlı Eldar Bəylərov Gürcüstanda diş həkimliyi üzrə təhsil alırdı.
Eldarın yaxınının verdiyi məlumata əsasən, iyunun 24-də gənc iki dostu ilə birgə çimərliyə gəlib. Onlar suda olan zaman burulğan yaranıb. Hadisə nəticəsində Eldarın dostları xilas ola biliblər, lakin onun özünü tapmaq mümkün olmayıb. Eldarın meyiti gecə saat 01:00 radələrində suyun üzərinə çıxıb.