Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıtda vətəndaş qəbulu keçirib. Sumqayıt24 bu haqda 18 may tarixində xəbər verir.
Qəbulda Sumqayıt şəhər və Qubadlı rayon sakinləri iştirak ediblər. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib. Görüş zamanı sakinlərin qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub.