Elm və təhsil naziri Sumqayıt Dövlət Universitetində (SDU) olub. Sumqayıt24 bu haqda 23 sentyabr tarixində xəbər verir.
Emin Əmrullayev rektor və professor-müəllim heyəti ilə görüşüb. Müəssisənin tarixi inkişaf yolu və region üçün mütəxəssis hazırlığı sahəsində əhəmiyyətindən danışılıb. Həmçinin universitetin qarşısında duran vəzifələr qeyd edilib.
Rektor Rüfət Əzizov çıxış zamanı SDU-da tədris və təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində lazımi tədbirlərdən söz açıb.
Görüşdən sonra Emin Əmrullayev universitetdə yaradılmış şəraitlə də tanış olub.