Etilen-Polietilen zavodunda baş vermiş yanğın söndürülüb. Bu haqda 14 iyun tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən yanacaq çənindəki alovun mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.
Qeyd edək ki, əməliyyata rəhbərliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov edib.