Sumqayıtda 4 uşağı ilə birgə yaşadığı evi tərk edən qadın Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Bu haqda bu gün, 4 iyul tarixində Report-a istinadən xəbər veririk.
Əri tərəfindən zorakılıqla üzləşən qadın və uşaqları yaşadıqları mənzili tərk ediblər. Sosial şəbəkələrdə yayılan videoya əsasən, azyaşlılar anaları ilə birgə axşam saatlarında parkda məskunlaşıblar.
Məsələ Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.