Fəhlənin zavodda yanmasının təfərrüatları açıqlanıb. Sumqayıt24 bu haqda 16 iyul tarixində Oxu.az-a istinadən xəbər verir.
Həmin istehsalat müəssisəsinin əməkdaşı Şəhriyar Hadıyevin sözlərinə görə, hadisə yaralı Hamlet Şiriyevin səhlənkarlığı ucbatından baş verib:
"Ağzıbağlı qabı alova atıb, o da partlayıb. Yüngül yanıq xəsarəti alıb. Dərhal həkimə apardıq. Həyati təhlükəsi yoxdur".
Onun müalicə aldığı Yanıq Mərkəzindən isə bildirilib ki, 36 yaşlı kişinin vəziyyəti ağırdır. Ona bədən səthinin 60-65% yanığı, III dərəcəli termiki alov yanığı diaqnozu qoyulub.