Sumqayıtdakı mənzillərin birində uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də gecə saatlarında baş verib. Çağırış üzrə FHN-in xilasetmə qüvvələri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış azyaşlı xilas edilib.