Sumqayıtda mənzildə qalan 2 azyaşlıya yardım edilib. Sumqayıt24 bu barədə 26 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-nin "112" qaynar xəttinə azyaşlıların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə güvvələri cəlb olunub. Əməkdaşlar tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.