Saray qəsəbəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb. Bu haqda 27 iyun tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Tikinti işləri elektrik xəttinin mühafizə zonasında aparılıb. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qanunsuz inşa olunan tikili sökülüb.