Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən maarifləndirmə tədbirləri təşkil olunub. Bu haqda 6 iyul tarixində Sumqayıt24 FHN-ə istinadən məlumat verir.
Tədbirlər şəhər ərazisində yerləşən çimərlikdə istirahət edən vətəndaşlar arasında, eləcə də 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində keçirilib.
İştirakçılara fövqəladə halların təsnifatı, yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb.
İnteraktiv formada keçirilən seminarlar zamanı suallar ətraflı cavablandırılıb.