Sumqayıtda fiziki məhdudiyyətli gənc Yusif Əlilinin həyat yolundan bəhs edən ilk kitabının təqdimatı keçirilib.
62 səhifədən ibarət "Sərhədsiz Həyat" kitabında Yusif Əlilinin həyat yolu, qarşılaşdığı çətinliklər, yaşadığı təcrübələr və bütün maneələrə baxmayaraq həyata bağlılığı qələmə alınıb.
Təqdimat mərasimində müəllif öz kitablarını iştirakçılara imzası ilə hədiyyə edib. Məlumata görə, kitabın ilk nəşrindən 300 nüsxə çap olunub.
Tədbirdə Yusifin həyat hekayəsi və kitabın ərsəyə gəlməsi ilə bağlı fikirlər səsləndirilib. Onun həyat mübarizəsi və qarşılaşdığı çətinliklərə baxmayaraq yaradıcılığa yönəlməsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Təqdimatdan lentə alınan görüntüləri təqdim edirik.
Mənbə: Sumqayit.tv