Sumqayıtda təqdirəlayiq layihə həyata keçiriləcək. Bu barədə 1 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu gündən “Əlilliyi olan qız və qadınların özünüməşğulluğunun təmin olunması məqsədilə peşə kurslarının təşkili” layihəsinin icrasına başlayır.
Sözügedən proqram şəhərimizdə 3 ay müddətində icra olunacaq. Fiziki qüsurlu 10 xanıma 2 ay müddətində gözəllik salonlarında stilist mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Sonda isə hər biri sertifikatla təmin olunacaq.
“Daha gözəl nəticə əldə edəcək xanımlar üçün gözəllik salonu yaratmağı düşünürük”, – deyə İB-nin sədri, layihə rəhbəri Səbinə Kərimova vurğulayıb.