Sumqayıtda “Yay futbol düşərgəsi”nə start verilib. Sumqayıt24 bu haqda 28 iyun tarixində xəbər verir.
Doqquz gün müddətində üç qrup üzrə keçiriləcək layihə Abşeron-Xızı Regional Təhsil İdarəsi və “Sumqayıt” klubu tərəfindən təşkil olunub. Burada Sumqayıt məktəblərinin 2-6-cı sinif şagirdləri iştirak edəcəklər.
Əsas məqsəd şagirdlərin futbola cəlb olunması, şagirdlərin təhsilə həvəsləndirilməsi və futbolun kütləviliyinin artırılmasıdır.