2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə ekskursiya təşkil olunub. Bu haqda 5 avqust tarixində Sumqayıt24 xəbər verir.
Ekskursiya çərçivəsində gənclər 5 Avqust - Azərbaycan Hərbi Donanması Günü münasibətilə Suraxanı Gəmi Muzeyində olublar. Onlara muzeydə nümayiş olunan eksponat və maketlər barədə ətraflı məlumat verilib.