Sumqayıtda bir qrup gənc kitabxanaya səfər edib. Sumqayıt24 bu haqda sosial şəbəkələrə istinadən xəbər verir.
Səfər Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyi və Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunub. M.Ə. Rəsulzadə adına kitabxanada onlara xan qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.
Daha sonra gənclər görkəmli şairin əsərlərini səsləndiriblər. Sonda onlar kitabxanaya üzvlük üçün müraciət ediblər.