top
Gediş haqqını artırdılar, amma xidmət sıfırdır - Şikayətlər SƏNGİMİR
01 noyabr 2025, 11:42
- +

"Gediş haqqını artırdılar, amma xidmət sıfırdır" - Şikayətlər SƏNGİMİR

Bakı və Sumqayıt ətrafı ərazilərdə ictimai nəqliyyatdan narazılıq səngimir. Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlər avtobusların gecikməsindən və yaranan basabasdan şikayət edirlər. Qadın sərnişinlərdən biri deyir ki, "Gediş haqqını artırdılar, amma xidmət sıfırdır. Avtobusda kişi, qadın bilinmir, hamı bir-birinə yapışıb".

Şəhərlərarası və şəhərdaxili xəttlər üzrə gecikmələr, köhnə avtobuslar və sıxlıq vətəndaşların əsas narazılıq mövzusuna çevrilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həm paytaxtda, həm də Sumqayıt və Abşeronda avtobus parkının yenilənməsi davam edir. Məlumata görə, bu il Sumqayıt və Abşeron ərazisində 85 müasir, ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə verilib. İlin sonuna qədər bu sayın artırılması planlaşdırılır.

Lakin bütün bu yenilənmələrə baxmayaraq, ictimai nəqliyyatda əsas problemlər qalmaqdadır.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, mövcud problemlər əsasən daşıyıcı şirkətlərin məsuliyyətsizliyi ilə bağlıdır:

"Sərnişinləri narahat edən əsas məsələ marşrutlarda avtobusların azlığıdır. Dayanacaqlarda insanlar uzun müddət gözləməli olurlar, bu da sıxlığa səbəb olur. Düşünürəm ki, son qərarlar – "brutto" müqavilələrinin imzalanması, İctimai Nəqliyyat Fondunun yaradılması kimi addımlar bu sektorda nizam-intizam yaratmaq məqsədi daşıyır. Şirkətlər artıq məsuliyyətli olmalı, avtobus parklarını yeniləməli və xidmət keyfiyyətini yüksəltməlidirlər".

Beləliklə, görülən işlərə baxmayaraq, həm Bakıda, həm də Sumqayıtda ictimai nəqliyyatda vəziyyət hələ də sərnişinlərin gözləntilərini qarşılamır.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
Bu gün, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Bu gün, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Bu gün, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Bu gün, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda küçələrin işıqlandırılması 623 min manata başa gələcək

İdman
Bu gün, 12:00

66 yaşlı sumqayıtlı cüdoçu Avropada yüksək yer tutdu

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:25

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Bu gün, 11:01

Ceyranbatanda gənc oğlan bıçaqlandı - Şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Oxşar xəbərlər