Sumqayıtda abidə hasarlanıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, Nəsimi adına Mədəniyyət və İstirahət parkında yerləşən məşhur “Sülh göyərçini” abidəsi dəmir hasarla mühafizəyə alınıb. Məqsəd Sumqayıtın rəmzi olan abidəni qorumaqdır.
Qeyd edək ki, əvvəllər ərazidə “Toxunmaq qadağandır” işarəsi olsa da, uşaqlar buna məhəl qoymadan “Göyərçin”in üzərinə çıxırdılar.