"Green House" şadlıq sarayında baş verən yanğının səbəbi açıqlanıb. Sumqayıt24 bu haqda 5 avqust tarixində Xeberle.com-a istinadən xəbər verir.
Hadisə 4 avqust günorta saatlarında baş verib. Şadlıq sarayına və ətrafdakı avtomobillərə ciddi ziyan dəyib. Məlumata əsasən, yanğın elektrik naqillərində yaranan qısaqapanma səbəbindən baş verib.